"Liverpul" "Real"ın iki ulduzunu transfer etmək istəyib, lakin rədd cavabı alıb.

Offsideplus.az xəbər verir ki, yay "transfer pəncərəsi"ndə İngiltərə təmsilçisi Rodriqo və Aurelien Tchouameni üçün "kral klubu"nun "qapısı"nı döyüb. Bu barədə "TBR Football" məlumat yayıb.

Ancaq ispanlar qəti şəkildə oyunçuların satılmadığını bildirib.

Buna baxmayaraq "qırmızılar" Rodriqo ilə hələ də maraqlanır. Onlar, braziliyalını "Real"a keçməmişdən əvvəl də heyətinə qatmağa çalışıblar.