"Çelsi" Mixail Mudriki satmaq istəmir.
Offsideplus.az xəbər verir ki, bu məlumatı məşhur insayder Fabritsio Romano "The Daily Briefing"ə açıqlamasında deyib. Məlumata görə, "zadəganlar" ukraynalının performansından narazıdır. Lakin bu, onun yayda satılmasına səbəb olmayacaq:
"Mudrikin yayda agentləri dəyişdi. Bu, onun satılması ilə bağlı deyildi. Klub oyununçunun performansından narazıdır. Lakin "Çelsi" Mudrikin satılmasını istəmir".