"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq Kristiano Ronaldonun onun və klub barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis bu sözləri deyib:

"O indi çox uzaqlarda, Səudiyyə Ərəbistanındadır. "Mançester Yunayted"dən uzaqdadır. Hər kəsin bir fikri ola bilər, bu normaldır".

Kristianonun "qırmızı şeytanlar" barədə dediklərini buradan oxuya bilərsiniz.