"Mançester Yunayted" əslən dağıstanlı olan Amir İbrahimovla müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, 16 yaşlı vinger və "qırmızı şeytanlar" arasında rəsmi sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Amir 2019-cu ildə İngiltərəyə köçüb və "Şeffild" klubunun akademiyasına qoşulub. Daha sonra "Mançester Yunayted"ə keçən vunderkid U-14, U-15, U-16 komandalarına kapitanlıq edib.
Qeyd edək ki, Rusiya vətəndaşlığı olmasına baxmayaraq, Amir İngiltərə millisini təmsil edir. O, U-14 və U-15 komandaları ilə 3 oyuna çıxıb, 1 qol vurub.