Fransız mütəxəssis Premyer Liqa klubunu çalışdıra bilər.
Offsideplus.az xəbər verir ki, uzun müddət baş məşqçilikdən uzaq qalan Zinəddin Zidan "Mançester Yunayted"in "sükanı arxası"na keçə bilər.
"Mirror Football"un yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın ən böyük sponsorlarından biri olan ingilis milyarder Jim Rektliff Zidanı komandanın baş məşqçisi kimi görmək istəyir.
Qeyd edək ki, fransız çalışdırıcı son olaraq 2018-2021-ci illərdə "Real"ı çalışdırıb. Burada komandanı meydana çıxardığı 114 oyunda 69 qələbəyə, 25 bərabərliyə sevinib və 20 görüşdən məğlub ayrılıb.