Ceydon Sanço "Mançester Yunayted"dən ayrılıb. 

Offsideplus.az xəbər verir ki, ingiltərəli vinger "Çelsi" ilə anlaşıb. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Sanço 2024-25 mövsümünü icarə əsasında "zadəganlar"ın heyətində keçirəcək. Klublar arasında razılıq əldə olunub, müqavilədə birbaşa satın alma şərti də var.