"Arsenal"ın çalışdırıcısı Mikel Arteta yeni mövsümdə hücumçu Qabriel Jesusdan yüksək performans gözləyir.

Offsideplus.az xəbər verir ki, Arteta mətbuat konfransında Jesusun yeni mövsümdə daha böyük uğurlara imza atmağa hazır olduğunu vurğulayıb:

“Jesus cari mövsüm ciddi uğurlar qazanmağa qərarlıdır. Ətrafınızda sizə dəstək olan və sizi inkişaf etdirmək üçün əlindən gələni edən insanlar olduqda, bunun müsbət nəticələri olur”.

27 yaşlı futbolçu, ötən mövsüm İngiltərə Premyer Liqasında 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.