1 ildir klubsuz qalan David De Xea futbola qayıdır.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ispan qapıçı "Fiorentina" ilə razılıq əldə edib. Tibbi müayinədən keçəndən sonra futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq. Qolkiper illik 3 milyon avro məvacib alacaq.
Qeyd edək ki, 2023-cü ilin iyul ayından "Mançester Yunayted"dən ayrılan De Xea o vaxtdan bəri klubsuz idi.