"Tottenhem"in futbolçusu Riçarlison karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, "Əl-Əhli" onunla maraqlansa da, London təmsilçisi hücumçunu satmaq istəmir. 

Qeyd edək ki, braziliyalı futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədərdir. Ötən mövsüm 31 oyunda 12 qol vurub və 4 məhsuldar ötürmə edib.