"Mançester Siti"nin qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanıda davam etdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, bu iddianı klubun baş məşqçisi Xosep Qvardiola da təsdiqləyib.
Çalışdırıcı qeyd edib ki, qolkiper komandadan ayrıla bilər.
Xatırladaq ki, onunla "Əl-İttihad" klub maraqlanır.
"Şəhərlilər" Edersona görə 50 milyon avro tələb edir.
Onun Premyer Liqa klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.