"Liverpul"un müdafiəçisi Vircil van Deyk klub rəhbərliyi ilə görüşüb.

Offsideplus.az xarici KİV-ə xəbər verir ki, o, komanda ilə yeni müqavilə imzalamaq istədiyini bəyan edib.

33 yaşlı niderlandlının mersisaydlılarla 2025-ci ilin yayına qədər müqaviləsi var.

Daha əvvəl "Liverpul"un onu satmaq istədiyi iddia olunurdu.

Futbolçu geridə qalan mövsüm 48 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.