"Liverpul"un futbolçusu Məhəmməd Salah məşq zamanı hamını təəccübləndirib.
Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, futbolçular hazırlıq çərçivəsində dözümlülük testindən keçiblər.
6 dəqiqəlik sınaqdan sonra ən yaxşı nəticəni 32 yaşlı Məhəmməd Salah göstərib.
2025-ci ilə qədər komanda ilə müqaviləsi olan misirli hücumçu "mersisayd"lılarla 349 oyunda 211 qol vurub və 89 məhsuldar ötürmə ilə yadda qalıb.