Daha bir klub "Leypsiq"in üzvü Dani Olmonu transfer etmək istəyir.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin xidmətində "Mançester Siti" maraqlıdır.

Daha əvvəl onunla "Çelsi" və "Barselona"nın maraqlandığı qeyd olunurdu.

İspaniyalı 25 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.