"Real"ın qolkiperi Andrey Lunin karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, ukraynalının xidmətində "Mançester Siti" maraqlıdır.

"Şəhərlilər" 25 yaşlı qapıçını Edersonun əvəzləyicisi kimi düşünür. Onun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Premyer Liqa təmsilçisinin "çərçivə" qoruyucusu Ederson karyerasını Səudiyyə Ərəbistanıda davam etdirmə ehtimalı var.