"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq barəsində qərar verilib.

Offsideplus.az xəbər verir ki, jurnalist Stiv Beytsin sözlərinə görə, klub niderlandlı mütəxəssislə yolları ayırmağı planlaşdırmır. Məşqçinin istefası məsələsi yalnız komandanın cari mövsümün sonunda uğursuz nəticə göstərəcəyi halda aktual olacaq.

Qeyd edək ki, Ten Haq 2022-ci ilin yayında "qırmızı şeytanlar"a "Ayaks"dan keçib.