Braziliyanın "Fluminense" klubunda çıxış edən Andre İngiltərə klublarının diqqətini çəkib.

 Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" yarımmüdafiəçi üçün hərəkətə keçib.

Hər iki klub qışda 22 yaşlı braziliyalı futbolçunu sıralarına qatmağa çalışacaq.

Qeyd edək ki, "sambaçı"nın "Fluminense" ilə 2026-cı ilədək müqaviləsi var.