"Nyukasl Yunayted" İngiltərə Premyer Liqasının 11-ci turunda "Arsenal"la oyunda yaşanan irqçiliklə bağlı olan şüarlara sərt reaksiya verib.
Offsideplus.az xəbər verir ki, “topçular”a qalib gələn "Nyukasl", azarkeşlərin oyundan sonra sosial şəbəkələrdə Bruno Qimaraynş və Co Uilloka qarşı irqçi təhqirlərini birmənalı qarşılamayıb.
Qeyd edək ki, qarşılaşma 1:0 hesabıyla yekunlaşıb.