"Çelsi" ciddi itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, komandanın qapıçısı Tibo Kurtua məşq zamanı zədələnib. Onun İngiltərə Premyer Liqasının 24-cü turunda "Brayton"a qarşı oynamayacağı bildirilib. Həmçinin kubok oyununda qırmızı vərəqə alan Pedro və Morata da bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Brayton" - "Çelsi" görüşü bu gün Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.