"Mançester Siti" "Real"ın futbolçusu Toni Kroosu heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, alman futbolçunun Madrid klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və o, azad agent kimi "şəhərlilər"lə müqavilə imzalayacaq.

Kroosun İngiltərə klubundakı maaşının illik 15 milyon avro olacağı gözlənilir.

2014-cü ilin yayında "Bavariya"dan "Real"a keçmiş almaniyalı bu yay klubla müqavilə müddətini bir mövsümlük artırmışdı.