Braziliyanın "Flamenqo" klubunun hücumameyilli yarımmüdafiəçisi Lorran İngiltərə nəhənglərinin "radar"ına düşüb.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 17 yaşlı "sambaçı"nı "Çelsi" və "Mançester Yunayted" transfer etmək istəyir.
Qeyd edək ki, Lorranın "Flamenqo" ilə 2025-ci ilədək müqaviləsi var.