Pep Qvardiola belindəki kəskin ağrılar səbəbindən əməliyyat olunub. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Mançester Siti" klubu məlumat yayıb. 52 yaşlı çalışdırıcı Barselona şəhərində belindən əməliyyat keçirib. 

İspan mütəxəssis milli komandaların fasiləsinə qədər oyunlarda komandanın yanında ola bilməyəcək. 

Pep "Fulhem" və "Şeffild Yunayted"ə qarşı görüşləri buraxacaq.