FİFA tərəfindən transfer qadağası ilə üzləşmək təhlükəsi qarşısında olan "Çelsi" heyəti gücləndirmək fikrindədir.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" "Roma"nın 2 futbolçusu - müdafiəçi Emerson və hücumçu Edin Dzeko ilə maraqlanır. Onlara görə 50 milyon avro təklif edilir. London klubu Mişi Batşuayini "canavarlar"a icarəyə göndərməyə hazırdır. "Roma" isə 15 milyon avro bonus da tələb edir. İtalyan klubu Batşuayini icarəyə götürə bilməsə, "Liverpool"un forvardı Daniel Starici heyətə qatmağa çalışacaq. Stariclə "Sevilla" və "İnter" də maraqlanır.