"Aston Villa" klubunun mərkəz yarımmüdafiəçisi Duqlas Luis iki İngiltərə nəhənginin hədəfindədir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu uğrunda "Arsenal" və "Tottenhem" mübarizə aparır.

Qeyd edək ki, Luisin "Aston Villa" ilə 2026-cı ilədək müqaviləsi var.