İki həftə əvvəl yenidən "Fulhem"ə qayıdan Villian Borges karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək arzusundadır.

 Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, 34 yaşlı braziliyalı vinger "Əl-Şəbab" klubu ilə danışıqlar aparır.

Fəqət "Fulhem" rəhbərliyi "sambaçı"nı Səudiyyə Ərəbistanına buraxmaq istəmir.

Bildirək ki, Villianın İngiltərə təmsilçisi ilə 2024-cü ilin 30 iyununadək müqaviləsi var.