İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Sport Bild"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Leypsiq"in mərkəz müdafiəçisi Josko Qvardiolu sıralarına qatmaq üçün hərəkətə keçib.

Məlumata görə, "şəhərlilər" 21 yaşlı xorvatiyalı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

Bildirək ki, Qvardiolun "Leypsiq"lə 2027-ci ilədək müqaviləsi var.