İngiltərənin "Mançester Yunayted" klubunun Rasmus Hoylund arzusu puç ola bilər.
Offsideplus.az xəbər verir ki, PSJ klubu bu transferin baş tutması yolunda ingilislərə ciddi rəqibdir.
İnsayder Fabrisio Romanonun yaydığı məlumata görə, Fransa təmsilçisi 20 yaşlı danimarkalı hücumçu üçün "Atalanta" ilə danışıqlar aparır.
Fransızlar forvard üçün daha cəlbedici təklif ediblər.
Bildirək ki, xarici mətbuatda MY-nin Hoylundun keçidini yaxın günlərdə açıqlayacağı barədə xəbərlər yayılıb.