Müdafiəçi Harri Maquayr sosial şəbəkə hesabında artıq "Mançester Yunayted" klubunun kapitanı olmadığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o bildirib: “Məşqçi Erik Ten Haq mənə dedi ki, kapitanı dəyişir. O, səbəblərdən danışdı. Son dərəcə məyus olsam da, hər dəfə klub forması geyinəndə əlimdən gələni etməyə davam edəcəyəm”.
İngiltərəli futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.