“Mançester Siti” klubunun mövsümöncəsi oyunlarının cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, “şəhərlilər” Yaponiyanın paytaxtı Tokioda 2, Cənubi Koreyanın paytaxtı Seulda 1 və İngiltərədə 1 oyun keçirəcəklər.

Həmin oyunların siyahısı aşağıdakı kimidir:

“Yokohama F. Marinos” (Yaponiya) – 23 iyul, Tokio
“Bayern” (Almaniya) – 26 iyul, Tokio
“Atletiko” (İspaniya) – 30 iyul, Seul
“Arsenal” (İngiltərə) – 6 avqust, Uembli