İngiltərənin "Çelsi" klubu komandadan ayrılacağı gözlənilən Kristian Pulişiçə əvəzləyici tapıb.

 Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, London təmsilçisi, 24 yaşlı vingerin yerini "Olimpik Lion"dan Rayan Çerki ilə dolduracaq. 

Məlumata görə, "zadəganlar" 19 yaşlı fransalı üçün 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kristian Pulişiç "Milan" klubu ilə anlaşıb.