İngiltərənin "Mançester Yunayted" klubu transfer siyahısında olan futbolçu ilə anlaşa bilməyib.
Offsideplus.az "Bild" nəşrinə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Ayntraxt"ın mərkəz hücumçusu Randal Kolo Muaninı sıralarına qatmaq istəsə də, bu, "qırmızı şeytanlar"a müəssər olmayıb.
Belə ki, 24 yaşlı fransalı forvard Almaniya klubunda qalmağı üstün tutub.
Bildirək ki, MY rəhbərliyi sözügedən futbolçu üçün 80 milyon avro təklif edib.