"Nyukasl" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Milan"ın futbolçusu Sandro Tonalini transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Tərəflər arasındakı anlaşmaya görə, sonrakı satışdan 10% pay İtaliya klubuna çatacaq. 

Qeyd edək ki, 70 milyon avroya transfer edilən Tonalinin keçidi italiyalı futbolçular üçün ödənilən ən yüksək məbləğ olması ilə yadda qalıb.

Fəqan İbrahimli