"Mançester Yunayted"in kapitanı Harri Maquayrın paylaşımı diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, ingiltərəli müdafiəçi 2023-24 mövsümü forması ilə şəklini paylaşaraq,  "Yeni mövsüm = Yeni forma", - deyə yazıb. 

Maraqlı tərəfi isə budur ki, "Mançester Yunayted" sosial şəbəkə hesablarında Maquayrın yeni formada şəkillərini paylaşmayıb.