"Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan gələcək karyerası ilə bağlı qərarını verib.
Offsideplus.az "talkSPORT"a istinadla xəbər verir ki, 32 yaşlı türkəsilli futbolçu "şəhərlilər"i tərk edəcək.
Məlumata görə, Gündoğan karyerasını "Barselona"da davam etdirəcək. O, Kataloniya təmsilçisi ilə şəxsi razılıq əldə edib.
Bildirək ki, təcrübəli futbolçu 2026-cı ildən MS-nin uğurları üçün çalışır.