"Arsenal" sabiq futbolçusu Aleksis Sançezin kluba geri qayıtmaq istəyi ilə bağlı etdiyi təklifi qəbul etməyib. 

Offsideplus.az xəbər verir ki, 34 yaşlı vinger London təmsilçisi ilə əlaqə saxlayaraq, yenidən Premyer Liqa dönmək fikrində olduğunu bildirib. Bu barədə Çilinin "La Tercera" nəşri məlumat yayıb.

Bildirilir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta bu keçidə rədd cavabı verib. 

Qeyd edək ki, Sançez başa çatan mövsümdə Marsel "Olimpik"ində bütün turnirlərdə 44 oyuna çıxıb, 18 qol və 3 qol ötürməsi ilə yadda qalıb. O, 2014-2018-ci illərdə isə "Arsenal"da forma geyinib. 

Fəqan İbrahimli