İngiltərənin "Lester Siti" klubunun mərkəz yarımmüdafiəçisi Yuri Tilemans karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

 Offsideplus.az xəbər verir ki, 26 yaşlı belçikalı futbolçu "Roma" ilə danışıq aparır. 

Bu barədə məlumatı jurnalist Canluka di Marzio yayıb.

Qeyd edək ki, Tilemansın "Lester"lə müqaviləsi bu ayın 30-da başa çatır.