"Mançester Yunayted" klubunun müdafiəçisi Harri Maquayr komandasını dəyişmək üzrədir.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu "Çelsi" ilə ilkin razılıq əldə edib.
Bu barədə məlumatı "The Sun" nəşri yayıb.
Xəbərə görə, tərəflər arasında ilkin razılaşma əldə olunub və Maquayr yayda "zadəganlar"ın düşərgəsinə qoşulacaq.
Bildirək ki, təcrübəli oyunçunun MY ilə 2025-ci ilədək müqaviləsi var.