İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Madrid "Real"ının vingeri Vinisius Junior üçün hərəkətə keçib. 

Məlumata görə, "qırmızı şeytanlar" 22 yaşlı braziliyalı futbolçu ilə müqavilə imzalamağa hazırdır. 

"Sambaçı" artıq "Real"da qalmaq istəmir. O, ümumiyyətlə, La Liqadan getmək istəyir. Tez-tez irqçiliyə məruz qalan futbolçu karyerasını başqa çempionatda davam etdirmək istəyir.

Qeyd edək ki, Vinisiusun "kral klubu" ilə 2024-cü ilin 30 iyununadək müqaviləsi var.