İngiltərə Premyer Liqasında 28-ci turdan təxirə salınmış "Mançester Siti" - "Vesthem" matçı baş tutub. 

Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in qalib gəldiyi matçda Erlinq Haaland da fərqlənib. O, İngiltərə Premyer Liqasında bir mövsüm ərzində ən çox qol vuran futbolçu olub. 

22 yaşlı hücumçu 35 qola imza atıb. O, Endi Kol (1993-94) və Alan Şererin (1994-95) 34 qolluq rekordunu qırıb.