"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Messi, yoxsa Haaland?" sualını cavablandırıb. 

Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis üçün argentinalı ulduz əvəzolunmazdır:

"Messi, yoxsa Haaland? Heç bir futbolçunu Messi ilə müqayisə edə bilmərsən. Leo gördüyüm ən qüsursuz futbolçudur. Meydanı görməsi, ötürmə, rəqabət qabiliyyəti, çox şey... Ümid edirəm ki, Haaland Leo kimi ola bilər, bu bizim üçün əla olardı”.