İngiltərə Premyer Liqasının XXXIII turunda "Mançester Siti" "Arsenal"a 4:1 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, oyunda fərqlənən Erlinq Haaland yeni rekorda imza atıb. Norveçli hücumçu Mohamed Salahın 38 oyuna ən çox qol vurma (32 qol) rekordunu geridə qoyub. O, bu gün 33-cü qolunu vurub.
Erlinq cari mövsüm "Mançester Siti"nin heyətində 42 oyuna çıxıb, 49 dəfə fərqlənib.