Fransanın PSJ klubu "Tottenhem"in hücumçusu Harri Keyndən əl çəkmir.
Offsideplus.az "Le Parisien"ə istinadla xəbər verir ki, Paris təmsilçisi 29 yaşlı forvardı heyətinə qatmaq üçün yenidən qarşı tərəfə təklif yollayıb.
Fransalıların rəhbərliyi Keyni yayda komandada görmək istəyir.
Qeyd edək ki, təcrübəli futbolçu 2009-cu ildən "Tottenhem"də çıxış edir. Onunla "Mançester Yunayted" də yaxından maraqlanır.