"Liverpul"un baş məşqçisi Yürqen Klopp yayda yarımmüdafiəçi transferi edəcəklərini təsdiqləyib. 

Offsideplus.az "AnfieldWatch"a istinadən xəbər verir ki, alman mütəxəssis Mersisayd təmsilçisinin transfer siyasəti və Cud Bellinqemin mümkün keçidi ilə bağlı bu sözləri deyib:

"Maraqlandığımız 12 yarımmüdafiəçi var. Ümid edirəm ki, bəzilərini transfer edə bilərik. Bellinqemə gəlincə, qiymətlər zamandan-zamana dəyişir. Kluba uyğun qərarlar verməliyik. Kimisə transfer edə bilməsək, qəzəblənməməliyik".