"Mançester Yunayted"in futbolçusu Lisandro Martines üçün mövsüm başa çatıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı futbolçu zədə səbəbindən cari mövsümü buraxacaq. 25 yaşlı müdafiəçinin növbəti sezon üçün yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, Martines "Sevilya"ya qarşı Avropa Liqası oyununa (2:2) zədələnmişdi.