"Lester Siti" klubunda müvəqqəti baş məşqçi təyinatı gerçəkləşib. 

 Offsideplus.az xəbər verir ki, Din Smit iyun ayına qədər "tülkülər"in sükanı arxasında olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Məşqçi korpusuna Kreyq Şekspir və İngiltərə millisinin sabiq kapitanı Con Terri təyin olunub.