Əfsanəvi Ser Aleks Ferqyuson və Arsen Venger Premyer Liqanın Şöhrət Zalına seçilən ilk baş məşqçilər olub.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"lə 13 dəfə çempionluq yaşayan Ferqyuson və "Arsenal"la 3 dəfə ölkə çempionu olmuş Vengerin adı Şöhrət Zalına daxil edilib.
Onlar indiyə qədər yalnız futbolçuların nail olduğu bu göstəricini əldə edən ilk çalışdırıcılar olub.