"Napoli" klubunun gürcüstanlı hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, onunla "Nyukasl Yunayted" maraqlanır. Bildirilir ki, İngiltərə təmsilçisi oyunçunu almaq üçün ən azı 100 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Xviça bu mövsüm "Napoli"nin heyətində 23 oyuna çıxıb, 11 qol vurub və 14 qolun ötürməsini verib.