"Liverpul" klubu İngiltərə Premyer Liqasının 23-cü turunda doğma meydanda "Everton"u 2:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bu qarşılaşma "qırmızılar"ın baş məşqçisi Yürgen Klopp üçün əlamətdar olub. Alman mütəxəssis komandanın baş məşqçisi kimi 250-ci qələbəsinı qazanıb.

Klopp 250 qələbə həddinə 414-cü matçda nail olub. Bu isə "Liverpul" tarixində rekord göstəricidir.