“Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsodeplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın “Kopenhagen” klubunun müdafiəçisi Viktor Kristianseni transfer edib. 

“Lester” bu transfer üçün Danimarka klubuna 14 milyon avro ödəyib. Gənc futbolçu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.