"Mançester Yunayted" klubu hücum xəttinə yeni futbolçu cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"in ulduzu Harri Keyni transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Baş məşqçi Erik Ten Haq yayda İngiltərə millisinin üzvünün transferini tələb edib.
29 yaşlı hücumçu ilə Almaniyadan "Bavariya" və İspaniyadan "Real Madrid" klubları da yaxından maraqlanır.