"Tottenhem" klubunun futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasında qarşılaşdığı bütün rəqiblərə qol vurub.

Offsideplus.az xəbər verir ki, ingiltərəli hücumçu 17-ci turda ötən gün keçirilən "Brenford"la matça (2:2) fərqlənməklə buna nail olub. O, Premyer Liqada indiyədək 32 komandanın qapısına yol tapıb.

Qeyd edək ki, Keyn bu mövsüm Premyer Liqa və İngiltərə millisində 34 oyuna 18 qol vurub, 6 məhsuldar ötürmə edib.